Bazar ertəsi, 20 May

Polşadan Almaniyaya sərt ittiham - "Aldatdınız..."

image

Polşanın xarici işlər nazirinin müavini Şimon Şinkovski Vel Senk Almaniya hökumətini “dairəvi mübadilə” çərçivəsində Ukraynaya göndərdiyi “T-72” tanklarının müqabilində Polşa ordusuna verməli olduğu tanklarla bağlı vədini pozmaqda ittiham edib.

Xəbər verilir ki, o, Almaniyanın vədlərinin aldadıcı manevr olduğunu deyib.

Senk Almaniyanın Polşanın Ukraynaya verdiyi tanklardan daha köhnə olan tankları təklif etdiyini xatırladıb: “Bu təklif qəbuledilməzdir. Ona görə ki, silahlı qüvvələrimizin durumunun pisləşməsində və əsgərlərimizin 1960-cı illərin texnikası ilə təlim keçməsində maraqlı deyilik”.

Xatırladaq ki, Polşa tərəfi Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən az sonra Kiyevə 200-dən çox “T-72” tankı verib. Polşa Almaniyanın vədinə əməl edəcəyinə və Polşa ordusunun ehtiyatlarını dolduracağına ümid edirdi.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41